Hər iki şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
Quba rayonunda iki piyadanı maşın vurub. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Timiryazev kəndindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı yük maşını yolu keçmək istəyən iki qadını vurub.
Hər iki şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.