Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var

Hadisə

24.09.2024 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir

Quba rayonunda minik avtomobilləri toqquşub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Quba şəhərinin H.Əliyev prospektində baş verib.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş