Qriqoryan: “Üçtərəfli komissiyanın görüşləri davam etmir”

Aktual

21.10.2024 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

“Kommunikasiyaların blokdan çıxarılması ilə bağlı komissiyada konsensus yoxdur”

“Üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan, Ermənistan və Rusiya regional kommunikasiyaların blokdan şıxarılması üzrə üçtərəfli komissiya fikir birliyi olmayan məsələlərə görə iclaslarını davam etdirmir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Baş nazirin müavini Mher Qriqoryan parlamentdə keçirdiyi brifinqdə deyib.

“Görüşlər davam etmir. Bilirsiniz ki, prinsipial məsələlər var ki, onların üzərində konsensus olmalıdır. Konsensus olana qədər detalları müzakirə etmək mənasızdır”, Qriqoryan jurnalistin müvafiq sualını cavablandırıb.

Qeyd edək ki, üçtərəfli komissiya 2021-ci ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən iclasında yaradılıb. Onlar üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupu yaratmaq qərarına gəliblər.

Regional kommunikasiyaların ən mühüm məsələsi Zəngəzur bölgəsi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin yaradılmasıdır. Ermənistan tərəfi iddia edir ki, bu, yalnız suverenlik və qarşılıqlılıq prinsipləri əsasında Ermənistanın daxili qanunvericiliyinə uyğun olaraq baş verə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş