“Ermənistan 1974-1978-ci illərin SSRİ xəritələrinə əsaslanaraq, qoşunların güzgü prinsipi ilə çıxarılmasını həyata keçirməyi təklif edir”
“Qoşunların Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasına dair danışıqlar davam edir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Ermənistan 1974-1978-ci illərin SSRİ xəritələrinə əsaslanaraq, qoşunların sərhəd xəttindən güzgü prinsipi ilə çıxarılmasını həyata keçirməyi təklif edir. İrəvan və Bakı danışıqları davam etdirir və ümid edirik ki, bununla bağlı razılıq əldə edə biləcəyik”, - Qriqoryan bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Bakı və İrəvan qoşunların şərti sərhəddən çıxarılması ilə bağlı müzakirə edib. Bakı bu təklifi rədd edir.