Qrant müqavilələrinin qeydə alınması qaydasında dəyişiklik edilib

Xəbərlər

18.11.2021 - 17:36

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əli Əsədov qərar imzalayıb

Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Dəyişikliklə, qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədin və ya məlumatın təqdim edilməsi tələb olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş