Qohumlar arasında qan tökülüb, ölən var

Hadisə

09.01.2020 - 13:40

Həkimlər Klinikalar SEO Xidməti

Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb

 

Bakıda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yanvarın 8-i saat 21 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində qeydə alınıb.

 

Şabran rayon sakini R.İsmiyev qəsəbədə kirayədə yaşadığı evdə münaqişə zəminində, onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib. Muxtarov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş