3 qumbara, 1 tapança, 40 avtomat patronu, 7 müxtəlif markalı ov tüfəngi aşkar olunub
Qobustanda qumbara və odlu silahlar aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə 3 ədəd qumbara, 1 ədəd tapança, 40 ədəd avtomat patronu, eləcə də 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakini müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verib.