Qazılar Şurasının iclasında qərar qəbul edilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni loqosu təsdiqlənib. AYNA.AZ xəbər verir ki, məsələyə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında baxılıb və səsə qoyularaq qəbul edilib.
Bildirilib ki, dövrün tələbləri və qurumun fəaliyyət istiqamətlərinin müasirləşdirilməsi nəzərə alınmaqla hazırlanmış yeni loqo təşkilatın tarixi-mənəvi irsini və müasir inkişaf xəttini özündə ehtiva edir.