QMİ-nin internet televiziyası fəaliyyətə başladı

Xəbərlər

14.04.2021 - 15:58

“TV Ramazan” aprelin 1-dən etibarən fəaliyyət göstərir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) internet televiziyası fəaliyyətə başlayıb. QMİ-dən AYNA-ya bildirilib ki, qurumun yeni layihəsi olan 114 “TV Ramazan” aprel ayının 1-dən etibarən fəaliyyətə başlayıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə yeni kanala xeyir-dua verib: “Bu televiziyaya xeyir-duamı verirəm. 114 adı da Allah-Təalanın bizə Ramazan ayında göndərdiyi Qurani-Şərifin 114 surəsini ehtiva edir. İnanıram ki, bu televiziyada bizim din xadimlərimiz, qazılarımız, imamlarımız, dindarlarımız yaxından iştirak edəcək, insanlara, dindarlara dini tam düzgün şəkildə çatdırmağa kömək edəcək. Mən burada işləyənlərə, əziyyət çəkənlərə, aparıcılara, hamısına təşəkkürümü bildirirəm. Həm də orada iştirakçılara, çıxış edənlərə, moizə edənlərə də qabaqcadan təşəkkürümü bildirirəm”.

Müəllif: Ayna.az