Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 3-də Bakıdakı ofisini bağlayacaq. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə BQXK-nın Ermənistandakı rəhbəri Dafne Mare deyib.
Onun sözlərinə görə, bununla belə, Azərbaycan rəhbərliyi ilə iş davam etdiriləcək.
Təşkilatın nümayəndəsi xatırladıb ki, İrəvan və Bakı arasında sülh müqaviləsinin mətnində itkin düşənlərin taleyini aydınlaşdırmaq üçün beynəlxalq qurumlarla işləmək zərurəti yazılıb.
““Qızıl Xaç” neytral təşkilat kimi öz xidmətlərini təklif edəcək”, - mare qeyd edib.