Qış əsl üzünü göstərməyə başlayır

Xəbərlər

03.01.2020 - 14:22

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında yanvarın 4-ü ərzində fasilələrlə yağış yağacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.  

 

Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş