Qırğızıstan lideri Çinə dövlət səfəri edəcək

Xəbərlər

02.02.2025 - 09:53

Həkimlər Klinikalar SEO Xidməti

Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Qırğızıstan prezidenti Sadır Japarov fevralın 4-dən 7-dək Çində dövlət səfərində olacaq.

AYNA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Çin sədri Si Cinpinin dəvəti ilə Qırğızıstan Prezidenti Japarov fevralın 4-dən 7-dək Çinə dövlət səfəri edəcək”, - məlumatda deyilir.

Eyni zamanda, nazirlik müzakirə ediləcək mövzularla bağlı təfərrüatları açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş