Qəzzaya endirilən zərbə nəticəsində fotojurnalist Məhəmməd Əbu Əl-Auf ölüb
2023-cü il oktyabrın 7-dən etibarən İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlarda öldürülən jurnalistlərin sayı 227-yə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, Qəzzaya endirilən zərbə nəticəsində fotojurnalist Məhəmməd Əbu Əl-Auf ölüb. Mərhum jurnalist Fələstin anklavında fotomüxbir işləyib.
Bununla yanaşı, üç tibb işçisi də həlak olub.