Qəzzada İsrailə məxsus helikopter qəzaya uğrayıb

Dünya

11.09.2024 - 13:50

Həkimlər Klinikalar SEO Xidməti

2 əsgər həlak olub, 7-si yaralanıb

Qəzza zolağında İsrailə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 əsgər həlak olub, 7 əsgər yaralanıb. AYNA-nın “Jerusalem Post”a istinadən məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrindən (IDF) bildirilib.

“Gecə saatlarında yaralı əsgəri tibbi yardım üçün xəstəxanaya təxliyyə etmək missiyasını yerinə yetirən İsrail Hərbi Hava Qüvvələrinə məxsus “Yanşuf” helikopteri Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb. Baş pilot da daxil olmaqla 2 İDF əsgəri həlak olub. Yeddi hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş