Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırılıb

Dünya

12.07.2025 - 18:49

Danışıqlar uğursuzluqlar və çətinliklərlə üzləşib

HƏMAS və İsrail arasında Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqlar İsrailin qoşunlarını anklavdan çıxarmaq istəməməsi səbəbindən ləngiyir.

Bu barədə AYNA.AZ-a “Al Arabia”ya istinadən xəbər verir.

“Dohada keçirilən danışıqlar cümə günündən etibarən İsrailin geri çəkilmə xəritəsində israr etməsi səbəbindən uğursuzluqlar və çətinliklərlə üzləşib. Orada söhbət İsrail ordusunun çıxarılmasından deyil, yerdəyişmə etməsindən və yenidən qruplaşmasından gedir”, - danışıqlardan xəbərdar olan fələstinli mənbə agentliyə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş