Bayram günlərində 40 nəfər zəhərlənib

Xəbərlər

06.01.2025 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Qeyri-iş günlərində zəhərlənmə səbəbilə 40 müraciət edilib

Qeyri-iş günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.

Bu barədə AYNA-ya KTM-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş