Hakimiyyət vətəndaşlara evdə qalmağı tövsiyə edib
Qətər hakimiyyəti “yüksək risk xəbərdarlığı” verib və vətəndaşlara evdə qalmağı tövsiyə edib. AYNa.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Əmirliyin Daxili İşlər Nazirliyinin ictimaiyyətə ünvanladığı xüsusi mesajda bildirilib.
Nazirlik "yüksək risk xəbərdarlığı" verib və vətəndaşlardan "evdə qalmağı və pəncərələrdən uzaq durmağı" istəyib.
Əgər sığınacaqlar açıq havadadırsa, Daxili İşlər Nazirliyi "açıq məkanlardan çəkinməyi" tövsiyə edib.