Qərb sərhədimizdə qanunsuz cəhdin qarşısı alınıb

Hadisə

16.03.2020 - 18:46

Həkimlər Klinikalar SEO Xidməti

Xeyli miqdarda siqaretin qanunsuz yolla gətirilməsinə imkan verilməyib

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 13-də Gürcüstandan idarə etdiyi "VAZ-2109" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, baxışdan əvvəl vətəndaş idarə etdiyi avtomobildə gizlədilmiş və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcək hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 5800 ədəd "KING" markalı siqaret aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş