Yaxınlıqdaki tikililər yanğından mühafizə olunub
Qəbələdə 5 otaqlı ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, rayonun Bum qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.