Qəbələ RLS-in rəhbərliyi dəyişib

Xəbərlər

28.05.2024 - 16:44

cedabet dərman SEO Xidməti

RLS-ə rəhbərlik Namiq Ələkbərova həvalə olunub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru İsmayıl Həsənli vəzifəsindən azad edilib.

AYNA-nın "Report"a istinadən məlumata görə, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

Onun digər əmri ilə RLS-ə rəhbərlik Namiq Ələkbərova həvalə olunub.

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş