Qazaxıstanlılar AES tikintisinə səs veriblər

Dünya

07.10.2024 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

Referendum iştirakçılarının 70 faizdən çoxu AES tikintisini dəstəkləyiblər

Referendum iştirakçılarının 70 faizdən çoxu Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisini dəstəkləyiblər. AYNA xəbər verir ki, bu barədə Qazaxıstanın KazTAG agentliyi məlumat yayıb.

Rəsmi ilkin məlumatlara görə, AES-in tikintisini referendum iştirakçılarının 71,12 faizi dəstəkləyib. Eyni zamanda, seçici fəallığı 63,66% təşkil edib - səsvermədə 7,8 milyondan çox insan iştirak edib.

Oktyabrın 6-da günortadan sonra Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendumu baş tutmuş sayıb. MSK hesablayıb ki, 10 min 325 seçki məntəqəsində ən azı 12 milyon vətəndaş səs verməli idi. Qazaxıstanlılar bir suala cavab veriblər: “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?”.

2023-cü ilin payızında Qazaxıstanda atom elektrik stansiyasının tikintisi üçün Almatı vilayətində ərazinin seçildiyi bildirilirdi. Mümkün texnologiya təchizatçıları arasında hakimiyyət Çin, Cənubi Koreya, Rusiya və Fransanı hesab edir. Hələ o zaman ölkə Prezidenti AES tikintisi məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş