Qazaxıstanın XİN başçısı ukraynalı həmkarı ilə müzakirə aparıb

Dünya

11.12.2025 - 14:32

"Biz ikitərəfli əməkdaşlıq məsələlərinə toxunduq”

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Xəzər Boru Kəməri Konsorsiumuna edilən hücumu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə müzakirə edib. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, nazir həmkarına “Astananın vəziyyətin gələcəkdə sabit qalacağını gözlədiyini” çatdırıb.

"Biz ikitərəfli əməkdaşlıq məsələlərinə toxunduq. Ukrayna tərəfində anlaşma var və biz inanırıq ki, bu baxımdan vəziyyət sabit qalmalıdır", - Koşerbayev jurnalistlərə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Sibiqa ilə görüşü və Konsorsiumunun təhlükəsizliyi ilə bağlı müzakirələrlə bağlı sualı cavablandırarkən deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş