Prezident Qasım-Comərt Tokayev seçkilərin tarixini təyin edib
Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev ölkədə parlament seçkilərinin tarixini təyin edib. AYNA xarici mediaya istinadən bildirir ki, Qazaxstanda seçkilər ilk dəfə partiya siyahıları ilə keçiriləcək.
Prezidentin imzaladığı sənəddə bildirilir ki, partiya siyahıları ilə növbəti parlament seçkiləri 2021-ci il yanvarın 10-na, Qazaxıstan Xalq Assambleyası tərəfindən seçilən deputatların seçkiləri isə yanvarın 11-nə təyin edilib. Qazaxıstan rəhbəri MSK və Baş Prokurorluğun seçkilərin qanuniliyinə, şəffaflığına və ədalətinə riayət olunmasını tapşırıb.
Hökumətə Nur-Sultan, Almatı, Çimkent və bölgələrin akimlərinə növbəti seçkilərin təşkilati, maddi, texniki və maliyyə dəstəyi üçün lazımi tədbirlərin görülməsi həvalə edilib.