Qadın böyrəyini 50 min dollara satmağa cəhd etdiyinə görə tutulub
Qazaxıstanda böyrəyini 50 min dollara satmağa cəhd edən rusiyalı qadın həbs edilib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Pavlodar Vilayət Məhkəməsinin Mətbuat Xidməti məlumat yayıb.
"Məhkəmə müəyyən edib ki, 2024-cü ildə Rusiya vətəndaşı eqoist niyyətlərlə “Telegram” messenceri vasitəsilə böyrəyini 50 min dollara satmağa razılaşıb", - deyə bildirilib.
Qeyd olunub ki, rusiyalı qadın 10 ay həbs cəzasına məhkum edilib. Lakin məhkəmə onun həbsdə keçirdiyi müddəti nəzərə aldığı üçün azadlığa buraxılıb.