Qazaxıstan Prezidenti Azərbaycana yeni elçi göndərib

Siyasət

30.09.2019 - 11:53

Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri təyin olunub

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. AYNA xəbər verir ki, bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

 

Fərmana əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri təyin olunub.

 

S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. O, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

 

Azərbaycana səfir təyin olunan qədər S.Abdıkarimov 2015-ci ildən Qazaxıstanın Çexiya, eyni zamanda Slovakiyadakı səfiri vəzifəsində çalışıb.

 

Ailəlidir, 4 övladı var.

Müəllif: Ayna.az