Qazaxda avtomobil yanıb - VİDEO

Hadisə

17.01.2025 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş