Qazaxda 5 otaqlı ev və avtomobil yanıb

Xəbərlər

25.06.2024 - 17:15

cedabet dərman SEO Xidməti

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub

Qazax rayonunun Canallı kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 270 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m², dam örtüyü 150 m² sahədə, həyətdə dayanan “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri və əraziyə yığılan 1,6 ton ot bağalamasının 0,8 tonu yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş