Qazax sakini itkin düşüb

Xəbərlər

01.11.2022 - 11:55

cedabet dərman SEO Xidməti

58 yaşlı kişidən 5 aydır xəbər yoxdur

Qazaxda 58 yaşlı kişi itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Qazax rayonunun Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibov cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (055) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd edilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş