Qaxda qız əməliyyat masasında ölüb

Xəbərlər

13.03.2020 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

Faktla bağlı cinayət işi açılıb

 

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. AYNA xəbər verir ki, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovaburun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

 

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

 

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb. (Report)

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş