Təlimlər gələn həftənin sonunda başa çatacaq
Türkiyədə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin "Qış-2021" hərbi təlimləri davam edir. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qarsda keçirilən təlimlərin məqsədi birgə əməliyyatlar zamanı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin, yeni silah və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.
1 fevralda başlayan təlimlər gələn həftənin sonunda başa çatacaq.