Qaradağda “Man”la “Nissan” toqquşub

Hadisə

25.08.2020 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Qəza nəticəsində bir nəfər ölüb

 

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Şabran rayon sakini N.Bəyməmmədovun idarə etdiyi “Man” və Bakı şəhər sakini B.Ələkbərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

 

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Ələkbərovun sərnişini, Tovuz rayon sakini Firuddin Məhərrəmov orada ölüb. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş