“Qarabağ”ın oyunçusu HİK-lə matça qiymət verdi

İdman

11.08.2023 - 00:57

“Azarkeşlərimizi sevindirməkdən məmnunuq”

Rəqib komanda güclü idi. Ona görə də oyun çətin keçdi. AYNA xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun futbolçusu Toral Bayramov HİK ilə oyundan sonra deyib.

İdmançı oyuna yaxşı hazırlaşdıqlarını bildirib: “Qələbə qazanmaq bizə lazım idi. Azarkeşlərimizi sevindirməkdən məmnunuq. Növbəti oyunlarda bu qələbənin davamını gətirməyə çalışacağıq. Futbolda müxtəlif situasiyalar yaranır. Rəqib komanda güclü idi. Açıq oyun oldu, risklərə getdik”, - deyə T.Bayramov əlavə edib.

Müəllif: Ayna.az