Şəhriyarla Teymurdan heç-heçə

İdman

13.06.2021 - 23:04

Məmmədyarov Aniş Giri, Rəcəbov isə Konstantin Lupulesku ilə mübarizə aparıb

 

İyunun 13-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib.

 

AYNA xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov isə yerli idmançı Konstantin Lupulesku ilə mübarizə aparıb.

 

Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.

 

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Müəllif: Ayna.az