“Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb”
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezident Adminstrasiyasının Yevlaxda Qarabağın erməni sakinləri ilə görüşün nəticələri ilə bağlı açıqlamasında qeyd edilib.
Bildirilib ki, eyni zamanda, erməni nümayəndələr qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
“Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır”, - deyə açıqlamada vurğulanıb.