Qarabağ və Şərqi Zəngəzurda işləyən əcnəbilərin sayı açıqlanıb

Xəbərlər

08.12.2023 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

İş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər isə bu qaydada istisna təşkil edir. AYNA xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Bildirilib ki, bu istisna 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir:

“Miqrasiya qanunvericiliyində bu istiqamətdə yeniliklər olduqda ictimaiyyətə mütəmadi məlumat veriləcək.

01.12.2023-cü il tarixinə olan statistikaya görə işğaldan azad olunmuş ərazilərdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün etibarlı iş icazələrinə malik əcnəbilərin sayı 2943 nəfər təşkil edir. Həmin şəxslərin iş icazəsinin uzadılması işəgötürənlərin müraciətlərinə əsasən həyata keçirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş