“Qarabağ” “Şamaxı”ya qalib gəlib

İdman

30.10.2022 - 18:42

Həkimlər Klinikalar SEO Xidməti

Ağdam klubu liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunu baş tutub.

AYNA xəbər verir ki, günün ilk qarşılaşması “Qarabağ” “Şamaxı” komandaları arasında keçirilib. Şamaxı şəhər stadionunda təşkil edilən oyunda qonaqlar 4:0 hesablı qələbə qazanıblar. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.

Beləliklə, ardıcıl 11-ci qələbəsini əldə edən Ağdam klubu 33 xalla liderliyini davam etdirir. “Şamaxı” 4 xalla 9-cu yeri tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş