Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb
“Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizlənmə işləri davam edir”. AYNA xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında öz əksini tapıb.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin tələ qurduğu minalı ərazilər Azərbaycan Ordusu tərəfindən təmizlənir.
“Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək olmaq üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə mina təmizlənməsi təlimləri keçən “mehmetçiklərimiz” işğaldan azad edilmiş Qarabağda da mina təmizləmə fəaliyyətlərini davam etdirirlər”, - deyə açıqlamada vurğulanıb.