Qara dənizdə mina aşkarlanıb

Dünya

06.04.2022 - 16:49

Həkimlər Klinikalar SEO Xidməti

Mina Türkiyənin dəniz patrul təyyarəsi tərəfindən aşkar edilib

Qara dənizin Türkiyəyə aid hissəsində daha bir mina aşkar edilib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayıcı maddə ölkənin Kocaeli vilayətinə bağlı Kefken adası yaxınlığında tapılıb. 

"Bundan sonra bölgəyə Sualtı Müdafiə Qrupları (SAS) göndərildi. Hazırda partlayıcı maddənin zərərsizləşdirilməsi istiqamətində işlər aparılır", - deyə qeyd olunub.

Mina Türkiyənin dəniz patrul təyyarəsi tərəfindən aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş