Qar yağacaq, yollar buz bağlayacaq

Xəbərlər

24.01.2024 - 14:07

Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65% olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş