Qanunsuz silah-sursat aşkarlanıb

Xəbərlər

09.05.2026 - 20:31

Mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 5 tüfəng, 4 patron darağı və 219 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş