Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Xəbərlər

25.04.2026 - 18:02

3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş