Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Xəbərlər

16.03.2026 - 18:21

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, martın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 qumbara, 15 tüfəng, 2 patron darağı və 66 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş