Qanun pozucusu barəsində protokol tərtib edilib
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb.
AYNA-nın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib ki, araşdırma zamanı brakonyerin İsmayıllı rayon sakini Habil Abasov olduğu müəyyənləşib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.