Onlardan ov tüfəngləri və patron götürülüb
Abşeronda və Xızıda qanunsuz ov edən şəxslər yaxalanıb. AYNA-nın xəbərinə görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov tutulublar. Onlardan ov tüfəngləri və patron götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunublar.