Qanunsuz ov edən şəxs saxlanılıb

Xəbərlər

09.01.2024 - 10:59

Bir ədəd ov silahı, patronlar, ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

Həmin şəxsdən bir ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş