Qanunsuz fəaliyyət göstərən ocaqxanalar aşkarlanıb

Xəbərlər

24.02.2023 - 12:44

Təhlükə yaradan ocaqxanaların fəaliyyəti dayandırılıb

Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla ağac kömürü istehsal edən iki ocaqxana aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə reydi zamanı qanun pozuntusu aşkar edilib.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

“Yuxarıda qeyd olunanları nəzərə alaraq, qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılaraq, “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş