Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Xəbərlər

22.09.2020 - 10:44

cedabet dərman SEO Xidməti

Toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib

 

Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

 

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

 

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş