Qaluzin: “Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır”

Dünya

16.12.2024 - 16:40

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətləri pozan Rusiya tərəfi deyil”

“Rusiya tərəfi Gürcüstanla münasibətlərin normallaşması istiqamətində irəliləməyə hazırdır”. AYNA xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin “Birlik dövləti: inteqrasiya, inkişaf, etimad” konfransında bildirib ki, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətləri pozan Rusiya tərəfi deyil: “2008-ci ilin avqustunda Cənubi Osetiya və Rusiyaya qarşı təcavüzkar müharibəyə başlayan Saakaşvili rejimi bunu edib. Biz Gürcüstanla münasibətlərin normallaşması istiqamətində irəliləməyə hazırıq”.

Nazir müavini qeyd edib ki, Moskva Rusiya-Gürcüstan münasibətlərinin qarşılıqlı maraqlara əsaslanan praqmatik inkişafına həmişə sadiq olub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, rəsmi Tiflis də hazır olarsa, Moskva Gürcüstanla diplomatik münasibətləri bərpa etmək və normallaşdırmaq yolunu tutmağa hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş