Artur Dəmirçyan, Lusine Qriqoryan və Ovnatan Dəmirçyan saxlanılıb
Ermənistanda etiraz aksiyası keçirən “Müqəddəs mübarizə” tərəfdarları – Artur Dəmirçyan, Lusine Qriqoryan və Ovnatan Dəmirçyan saxlanılıb.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu şəxslər Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda ittiham olunurlar.
Xatırladaq ki, iyunun 26-da Qalstanyan barəsində həbs qətimkan tədbiri seçilib. O, hakimiyyəti zorakılıqla ələ keçirmə və dövlət çevrilişinə cəhddə ittiham olunur.