Qalstanyan İrəvanda aksiya keçirib

Dünya

09.10.2024 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Keşiş və tərəfdarları Ermənistan Baş Prokurorluğunun binası qarşısına toplaşıblar

“Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları oktyabrın 9-da Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Qeyd edək ki, oktyabrın 6-da Ermənistan Konstitusiya Məhkəməsinin binası yaxınlığında keçirilən aksiyada Qalstanyan oktyabrın 9-da saat 12:00-da Baş Prokurorluğun binasına toplaşmağa çağırmışdı.

Keşiş iddia edir ki, əllərində faktlar var və onlar bu faktlar əsasında cinayət işi açılmasını istəyirlər: “Müxtəlif məmurları, hətta ən bədxah məmur olan Baş nazir Nikol Paşinyanı məhkəməyə verdik. Biz istədiyimizə nail olana qədər bu proses davam edəcək”.

Müəllif: Ayna.az